Trump BMT-də çıxışında nələrdən danışacaq
ABŞ Prezidenti Donald Trump gələn həftə BMT-də çıxışında İrandan, İngiltərədə Skripalların zəhərlənməsindən, kimyəvi silahlardan və Şimali Koreyadan danışacaq. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri deyib. “İrana dair əsl müzakirə aparmağımızın vaxtı çatıb və prezident Təhlükəsizlik Şurasına sədrlik edəndə bunu görəcəyik. Əminəm ki, bu, Təhlükəsizlik Şurasının indiyədək ən çox baxılan iclası olacaq”, – Nikki Haley sentyabrın 20-də Fox News-a deyib. Sentyabrın 25-də BMT Baş Assambleyasının rəsmi açılış mərasimində Trump çıxış edəcək... Читать дальше...