ABŞ-da iki iranlı Tehran üçün casusluqda suçlanır
Birləşmiş Ştatlarda iki iranlı Tehran üçün casusluqda ittiham olunur. Ədliyyə Departamenti onların yəhudi obyektləri və iranlı dissident qrupu barədə informasiya topladığı bildirilir. 38 yaşlı Ahmadreza Mohammadi-Doostdar ABŞ-İran vətəndaşı, 59 yaşlı Majid Ghorbani isə Kaliforniyada yaşayan iranlıdır. Onlara ittihamlar avqustun 20-də irəli sürülüb. Hər ikisi İran adından casusluqda ittiham olunur, avqustun 9-da həbs olunublar. İttihamnaməyə görə, Doostdar 2017-ci ilin iyulunda İrandan Birləşmiş Ştatlara gedib... Читать дальше...