Galatasaray`ın baş məşqçisi Fatih Terim səfərdə Alanyaspor`a 1-4 hesabı ilə uduzduqları matçın ardından qəribə açıqlamalar verib.
ONBİR Sporx`a danışan Terim`in sözlərini sizə təqdim edir:
“Hesab istədiyimiz kimi olmasa da, oynadığımız oyun mənə həzz verdi. Məncə, bütün izləyicilər də bundan zövq aldı. 90 dəqiqə boyunca oyuna diqtə edən və qol epizodları yaradan tərəf biz idik. Təəssüflər olsun ki, istədiyimiz nəticəni ala bilmədik.
İnanılmaz qol fürsətlərindən yararlana bilmədik. Futboldur, hər şey ola bilər deyirik, amma bəzi vəziyyətlər olur ki, o topu qapıdan keçirtməyə borclu olmalısan.
Müdafiyədə də çox primitiv səhvlər sonrası qollar buraxdıq. Galatasaray kimi bir komanda autdan sonra qol buraxmamalıdır.”