Red Bull Leipzig komandasının qapıçısı Peter Gulacsi qapıçılara xas olmayan nadir bir göstəriciyə imza atıb. ONBİR Sports.ru`ya istinad edərək bu xəbəri sizə təqdim edir.
Bundesliga`nın 29`cu turu çərçivəsində FC Cologne`ə qarşı keçirilən görüşdə Peter Gulacsi komanda yoldaşı Timo Werner`ə məhsuldar ötürmə verib. Bu, 29 yaşlı macar qapıçının bu mövsüm ərzindəki ikinci məhsuldar ötürməsidir. O, ilk qol ötürməsinə 8`ci turda Wolfsburg`a qarşı keçirilən görüşdə imza atmışdı.
Qeyd etmək lazımdır ki, Gulacsi bu mövsüm Bundesliga`da 28 görüşdə çıxış edib və qapısını 9 oyun toxunulmaz saxlamağı bacarıb.