Dünən baş tutan qarşılaşmada Mourinho`nun komandası Guardiola`nın City`sini məğlub edərək EPL`də bu ilki çempionluq yarışmasını demək olar ki, sonlandırmış oldu. Belə ki, bu məğlubiyyətdən sonra ikinci pillədə qərarlaşan “Şəhərlilər” Liverpool`dan 22 xal geridə qalmış oldular.
Tottenham`in Bergwijn və Son`un qolları ilə 2-0 qalib gəldiyi qarşılaşmada hakim heyətinin verdiyi qərarlarlar da sonradan çox müzakirə olundu. Sterling`in etdiyi aşkar kobudluqdan sonra qırmızı vərəqə görməməsi, həmçinin Gündogan`ın qola çevirə bilmədiyi penalti epizodu əsas diqqətçəkən məqamlardan idi.
ONBİR görüşdən sonra jurnalistlərə danışan Mourinho`nun sözlərini sizlərə təqdim edir:
“Uşaqların oyunundan çox razı qaldım. VAR isə yenə də məni məyus etdi. Bir neçə tur öncə Son`un Chelsea`yə qarşı oyunda qırmızı vərəqə gördüyü epizod bu gün təkrarlandı. Lakin, hakimlər Sterling`ə layiqli cəzanı vermədilər.
Penalti qurtarışı çox möhtəşəm idi. Düşünürəm ki, bu Tanrının iradəsi idi. Ədalət öz yerini tapdı.”