Dietoloqların fikrincə, nar şirəsi ürək sağlamlığı və qan təzyiqi üçün faydalıdır. Mütəxəssislər bildirirlər ki, ən vacib məqam onu günün müəyyən saatında deyil, mütəmadi şəkildə qəbul etməkdir. Day.Az xəbər verir ki, mədə həssaslığı olan insanlara nar şirəsini səhər və ya günün ilk yarısında içmək tövsiyə olunur.