Azərbaycan - İran birgə layihələrinin icrası müzakirə edilib
Azərbaycan və İran arasında birgə layihələrinin icrası müzakirə edilib. Day.Az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.