8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.