Qubada yeniyetmənin meyiti tapılıb. Day.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Gömürdəhnə kəndində baş verib. Kənd sakini 15 yaşlı Seyidquliyev Zahid Malik oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Mərhumun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.