Komandanı təbrik etmək istəyirəm, onlarla həqiqətən qürur duyuram. AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell deyib. O, həftəsonunun əla keçdiyini bildirib: "Yarışın ilk hissəsi çox rahat keçdi. Sonlara yaxın inanılmaz sürət nümayiş etdirdik.