Vanuatu sahillərində sərnişin gəmisinin batması nəticəsində 30-dan çox insan itkin düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə ada dövlətinin Baş nazirinin ofisi məlumat yayıb. Gəmidə 40-dan çox sərnişin və heyət üzvünün olduğu bildirilir. Onlardan biri ölüb, 15 nəfər isə xilas edilib.