Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 1,65 milyard dollarlıq strateji tərəfdaşlığın ABŞ-nin təbii qazının həm daxili, həm də beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirəcəyi gözlənilir. Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Comstock Resources, Inc." şirkəti Trend-in sorğusuna cavab olaraq bildirib.