Yaponiyanın ən yaşlı sakini Sigeqo Kaqava 115 yaşında vəfat edib. Day.Az xəbər verir ki, bu barədə "Nippon Television" ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, 1911-ci ildə anadan olmuş və Nara prefekturasında yaşamış Şigeqo Kaqava avqustun 27-də vəfat edib.