Nepalın şimalında daşqın nəticəsində ölənlərin sayı 903 nəfərə çatıb. Day.Az xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb. Bildirilib ki, təxminən 4,2 min nəfər itkin düşmüş hesab olunur. Məlumata görə, 10 461 nəfər xilas edilib.