Avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.