Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən sənaye zonasında fəaliyyət göstərən oksigen balonlarının doldurulması məntəqəsində güclü partlayış baş verib. Bu barədə NTV telekanalı məlumat yayıb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb edilib.