"Qarabağ"ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib. Belçikanın yüksək liqa təmsilçisi "OH Leuven" klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.