Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor aldığı ağır zədə səbəbindən uzun müddət oktaqona qayıda bilməyəcək. Milli.Az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt keçirdiyi mətbuat konfransında məlumat verib.