M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin Mətbuat xidməti məlumat yayıb.