Xaçmazda Niyazoba kəndi ərazisində yerləşən çimərlikdə təmizlik işləri aparılıb. Day.Az xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, icra hakimiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində turizm zonalarında yerləşən dənizkənarı ərazilərdə təmizlik işləri aparılıb.