Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub. Day.Az unikal-a istinadən xəbər verir ki, rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.