"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Bakı Metropoliteni məlumat yayıb. Bildirilib ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.