Ankaranın Gölbaşı rayonunda tezliklə "TÜRKSAT" telekommunikasiya nəhənginin ümumi sahəsi 35 min 300 kvadratmetr olan məlumat mərkəzi inşa ediləcək. AZƏRTAC xəbər verir ki, məlumat emalı mərkəzinin təməlqoyma tarixini (22 iyul - red.) Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Ankarada elan edib.