Astara Gömrük İdarəsinin rəisi Seyfulla İsmayılov tutduğu vəzifədən azad edilib. Day.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun müfaviq əmri ilə S.İsmayılov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.