Bakıda azyaşlı bacı-qardaş itkin düşüb. Day.Az unikal-a istinadən xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar - 2015-ci il təvəllüdlü Abbasov İbrahim Məhəmməd oğlu və 2018-ci il təvəllüdlü Abbasova Sədaqət Məhəmməd qızının həmin gün evdən çıxıb geri qayıtmayıblar. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.