Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb. SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.