iQOO şirkəti iQOO 16 Ultra smartfonunun istehsalını dayandıra bilər. Xarici media yazır ki, istehsalçı iQOO 16 seriyasının Ultra versiyasını buraxmağı planlaşdırırdı. Lakin yaddaş çiplərinin qiymətlərinin artması belə bir qərar verilməsinə səbəb olub.