Çinin Siçuan əyalətində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Day.Az xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, yeraltı təkanlar nəticəsində 13 nəfər müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. Təhlükəsizlik məqsədilə 196 sakin ərazidən təxliyə olunub. Bildirilir ki, hadisə zamanı insan tələfatı qeydə alınmayıb.