ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Day.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərə azı dörd dəfə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.