Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib. Day.Az xəbər verir ki, məlumata görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib. O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.