Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir. Day.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.