İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Day.Az xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.