Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən "Classics & Supercars" festivalı başa çatıb. Day.Az xəbər verir ki, festival zamanı klassik avtomobillər, idman avtomobilləri və "Supercar"lar sərgilənib.