Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib. Bu barədə Day.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib.