Tahran rəhbərliyi ABŞ ilə aparılan danışıqları müvəqqəti olaraq dayandırıb. Day.Az İran mediasına istinadən xəbər verir ki, bu qərar Livana qarşı həyata keçirilən hücumlardan sonra qəbul edilib. Xəbərdə bildirilir ki, İran İsrailin Qəzza və Livandakı hərbi əməliyyatları dayandırılana qədər ABŞ ilə heç bir görüş keçirməyəcək.