Salyanda çətənə kolları yetişdirən şəxs saxlanılıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.