Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox regionlarını da əhatə edir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov deyib.