Daşınmaz əmlak sığortası bazarında yeni fürsətlər yaranır. Belə ki, sığorta sahəsində lider şirkətlərdən biri "PAŞA Sığorta" və müasir evlər təklif edən Sea Breeze arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimi tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutub.