Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Ulduzlara doğru" uşaq bağçası ilə bağlı maraqlı görüntülər sosial şəbəkələrdə yayılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, görüntülərə əsasən, 4-cü mikrorayon ərazisində, Mir Cəlal küçəsi 24 ünvanında yerləşən bağçanın həyətində qoyun, çəpiş və toyuq saxlanılır.