Cəlilabadda buraxılış imtahanından çıxan şagirdlər qəzaya düşüb. APA-nın verdiyi xəbərə görə, Cəlilabad rayonun Zopun kəndində iki nəqliyyat vasitəsi toqquşub. Belə ki, 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.