ABŞ Dövlət Departamenti İran ərazisində olan vətəndaşlarına ölkəni tərk etmələri barədə çağırış edib. Day.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ tərəfindən İran hava məkanının qismən açılması və uçuşların bərpası fonunda çıxış imkanların yarandığı və vətəndaşlara mövcud fürsətdən istifadə etmələri tövsiyə olunduğu bildirilib.