Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 18-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Proqnozlaşıılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.