Son günlər intensiv yağıntılarla əlaqədar Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur. Bu barədə Day.Az-a ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinn məlumat verilib. Bildirilib ki, hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur.