Paytaxt metrosunda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qaydaların pozulmasına görə tətbiq olunan cərimələr mövcuddur. Day.Az xəbər verir ki, bu tələblər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və metrodan istifadəni tənzimləyən normativ qaydalar əsasında müəyyən edilir.