2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9,957 milyon ABŞ dolları təşkil edib. Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7,2 milyon dollar və ya 3,6 dəfə çoxdur.