2025-ci ildə Azərbaycanın Səudiyyə Ərəbistanına birbaşa investisiyalarının həcmi 15,789 milyon ABŞ dolları təşkil edib. Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,8 milyon dollar və ya 7,8 dəfə çoxdur.