Noyabrın 26-da Lənkəranda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan həmin maşındakı xəstə vəfat edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes" markalı tibbi avtomobildə xəsarət alan Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova xəstəxanada dünyasını dəyişib.