İtaliya polisi Yunanıstan gəmisində külli miqdarda kokain ələ keçirib
İtaliyanın təhlükəsizlik qüvvələri Venesiyada Yunanıstanın “Laskaridis Shipping” şirkətinə məxsus gəmidə təxminən 850 kiloqram kokain aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, Liberiya bayrağı ilə üzən “Atlas” adlı gəminin martın 23-də Braziliyadan yola düşdüyü və aprelin 17-də Venesiya limanına yan aldığı bildirilib