“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.
AZƏRTAC kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.
Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq