Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə edilən və əməkdaşlardan birinin ölümü, ikisinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin məlumatında bildirilib